Rusiya bu istiqamətdə sərhədini güclənidirir

Rusiya bu istiqamətdə sərhədini güclənidirir

Rusiya ordusu Finlandiya NATO-ya daxil olduqdan sonra şimal-qərb sərhədlərinin müdafiəsi üzərində işləməyə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Hava-Kosmik Qüvvələri rəhbərinin müavini, general-leytenant Andrey Demin məlumat verib.

“Finlandiya NATO blokuna daxil olub. İsveç də alyansa daxil olmağa hazırlaşır. Bu şərtlər daxilində hava hücumundan müdafiə qüvvələri ölkənin şimal-qərbində təhdidlərin artmasına uyğun olaraq dövlət sərhədinin mühafizəsi məsələlərini işləyir”, – Demin bildirib.

Qeyd edək ki, aprelin 4-də Finlandiya NATO üzvlüyünə qəbul edilib.

Teqlər: