Severodonetskdə döyüşlər davam edir. Eyni zamanda, son 48 saat ərzində Rusiyanın Şərq qüvvələri qrupu da İzyumun cənubuna doğru irəliləmək üçün səylərini artırıb.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
“Rusiya Kiyevə uğursuz hücum zamanı çox böyük itki verdikdən sonra Şərq qüvvələr qrupunu bərpa etməyə çalışır. Amma yenə də Şərq qrupunda çatışmazlıqlar olacaq. Rusiya Severodonetskə daha çox təzyiq göstərmək və Donetsk vilayətində daha da irəliləmək üçün qrupu sürətlə bərpa etməyə çalışır”, – məlumatda deyilir.