Moldova Rusiyanın təsir dairəsindən çıxa bilib.
AzerTimes xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Ziqfrid Muresan deyib.
“Biz Moldovanın Rusiyanın təsir dairəsini tərk edə bildiyini təsdiqləmişik. Son 2 ildə islahatların tempi həmişəkindən daha yüksək olub”, – deputat vurğulayıb.
O bildirib ki, Rusiya respublikanın Avropaya inteqrasiyasına mane olmağa çalışıb, lakin Moskva buna nail ola bilməyib, çünki Moldova hökuməti islahatlar aparmaqdan imtina etməyib.