Rusiya bu hücumun qarşısını ala bilməyəcək – Piontkovski

Rusiya bu hücumun qarşısını ala bilməyəcək – Piontkovski

Rusiya başa düşür ki, Ukraynaya qarşı müharibədə uduzub, ona görə də Kreml Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində əks-hücumunu pozmağa çalışır.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Kreml çətin vəziyyətdədir: onlar dərin strateji məğlubiyyətə uğradıqlarını başa düşürlər. Ruslar Xerson vilayətində Ukraynanın əks-hücumundan qorxurlar, onun qarşısını hərbi yolla ala bilmirlər, ona görə də diplomatik yolla hücuma mane olmaq istəyirlər. Moskvanın davranışı çox ziddiyyətlidir”, – politoloq vurğulayıb.

Ekspertin fikrincə, Rusiya rəhbərliyi öz məğlubiyyətini anlayır, ona görə də atəşkəsə nail olmağa çalışır.

Teqlər: