ABŞ-ın Yəmənə zərbə endirməsi regionda vəziyyəti gərginləşdirməklə beynəlxalq hüquqa tamamilə məhəl qoymamaqdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“ABŞ-ın Yəmənə aviazərbələri anqlo-saksonların dağıdıcı məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adına BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmələrinin və beynəlxalq hüquqa tam məhəl qoymamasının daha bir nümunəsidir”, – o bildirib.