Bu gün rus qoşunları Ukraynadakı hərbi və mülki obyektlərə 14 raket və 15-dən çox hava zərbəsi endirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Ruslar müdafiəmizdə zəif tərəf axtarır, taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır”, – Baş Qərargah bildirib.
Qeyd olunur ki, düşmənin aviasiya qrupu intensiv olaraq Yujnobuqski və Donetsk istiqamətlərində quru qoşunlarını dəstəkləmək üçün döyüş əməliyyatları aparır.