Rusiya yaxın zamanda Xersonu itirəcək və bu, Rusiya cəmiyyətində ağrılı situasiyaya gətirib çıxaracaq.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.
“Bu, aydın məsələdir. Surovikinin (Rusiyanın Ukraynadakı qoşunlarının komandanı – red.) dediklərini də nəzərə alsaq, o da bunu anlayır. Ona görə də bu, baş verəcək”, – deyə o bildirib.
Ponomaryovun sözlərinə görə, Sergey Surovikin Xersonun itirilməsindən sonra Şoyquya yönələn tənqidlərin dəf olunması üçün Ukraynadakı Rusiya qoşunlarına komandan təyin edilib.