Rusiya Ukrayna ordusunun Xerson istiqamətində irəlilədiyini təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirlyinin hesabatında qeyd olunub.
“Zolotaya Balka və Aleksandrovka istiqamətində böyük tank bölmələri ilə düşmən müdafiəmizin dərinliklərinə nüfuz edə bilib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən Ukrayna ordusunun Xerson istiqamətində irəlilədiyi və bir neçə yaşayış məntəqəsi, o cümlədən Zolotaya Balkanı azad etdiyi bildirilmişdi.