Rusiya idarə olunan bombaların istehsalını bir neçə dəfə artırıb.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
“Dəqiq idarə olunan aviabombalar böyük problemdir. Heç kimi qorxutmayacağam, amma onların istehsalı bir neçə dəfə artıb. Bu, cəbhə xəttində böyük problem yaradır. Bunlar taktiki dərinlikdə işləyən silahlardır. Yəni, əsasən təmas xəttində və onun yaxınlığında olan hərbçilər onun təsirinə düşür”, – Budanov bildirib.