Rusiya yaxın həftələrdə Çerniqov vilayətinə hücumunu təkrarlamaq üçün sərhədə kifayət qədər qoşun toplaya bilər.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Çerniqov hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib.
O qeyd edib ki, Rusiyanın müvafiq addımı düşmənin əslində hücuma keçəcəyi demək deyil:
“Bu, Çerniqov vilayətinin istehkamlarla nə qədər qorunacağından çox asılıdır”.
Onun sözlərinə görə, Çerniqov vilayətinin müdafiəsi nə qədər güclü olarsa, rusların yenidən bölgəyə daxil olma ehtimalı bir o qədər az olacaq.