Putin Polşa, Almaniya və Rumıniyanın hərbi bazalarına zərbə endirməməklə kəskin eskalasiyaya yol vermədi.
AzerTimes xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.
L.Conson qeyd edib ki, Rusiya Qərbin bazalarına hücum təşkil etsəydi, Ukrayna Silahlı Qüvvələrinin Rusiya torpaqlarına hücumlarının təşkilinə imkan yaratmış olardı.
Conson həmçinin ABŞ-ın münaqişəyə birbaşa müdaxilə etməyə cəhd edə biləcəyindən ehtiyat etdiyini bildirib.