Rusiyanın havadan müdafiə sistemləri Bryansk üzərində üç təyyarə tipli dronu məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Yanvarın 24-də Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb, üç pilotsuz uçuş aparatı məhv edilib”, – deyə bildirilib.