Rusiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin Donetsk vilayətindəki Yelenovka düşərgəsində olan hərbi əsirlərlə görüşünə icazə verməyib.
AzerTimes xəbər verir ki, bu barədə Komitənin Tvitter hesabında məlumat verilib.
“Yelenovka hərbi əsir düşərgəsinə edilən son hücumu qətiyyətlə pisləyirik. Ukraynadakı silahlı münaqişə çoxlu sayda insanın ölümünə və ailələrin dağılmasına səbəb olub. Müvafiq görüşün təmin edilməsi Cenevrə Konvensiyalarına uyğun olaraq münaqişə tərəflərinin üzərinə düşür”, – məlumatda qeyd olunub.