Son zamanlar Rusiya Donetsk vilayətinin Uqledar şəhəri istiqamətində böyük ehtiyat toplayır. Düşmən (Rusiya – red.) həm Rusiyadan, həm də müvəqqəti işğal edilmiş Zaporojye və Xersondan hərbi texnika göndərir.
AzerTimes xəbər verir ki, bu sözləri Mariupol merinin müşaviri Petr Andryuşenko deyib.
O bildirib ki, bu günlərdə Mariupol istiqamətində Rusiya hərbi texnikasının kolonu görünüb.