Rusiya Boris Conson və digər britaniyalı nazirlərə qarşı sanksiya tətbiq edib

Rusiya Böyük Britaniyanın baş naziri Boris Conson, eləcə də
xarici işlər naziri Liz Trass və müdafiə naziri Ben Uollasın ölkəyə
girişini qadağan edib.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin
bəyanatında deyilir.

Qeyd olunur ki, tətbiq olunan fərdi sanksiyalar Böyük
Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq
qəbul edilib.

XİN eyni zamanda, yaxın zamanlarda sanksiya tətbiq olunan
britaniyalı rəsmilərin siyahısını genişləndirəcəyini elan edib.

Teqlər: