Rusiya BMT-nin İnsan Hüquqları Şurasındakı (İHŞ) üzvlüyünü
vaxtından əvvəl dayandırmaq qərarına gəlib.
Trend TASS-a istinadən xəbər verir ki, bunu Rusiya
Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi
Kuzmin deyib.
O, bildirib ki, Rusiya BMT-nin İnsan Hüquqları Şurasından
çıxdıqdan sonra insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini
yerinə yetirməyə davam edəcək.
“BMT-nin İnsan Hüquqları Şurasına üzvlüyə vaxtından əvvəl xitam
vermək barədə qərarımız Rusiyanın insan hüquqları sahəsində
beynəlxalq öhdəliklərindən kənara çıxmaq deyil”, – deyə o
bildirib.