Rusiya BMT Beynəlxalq məhkəməsinin Ukrayna ilə bağlı qərarını diqqətə ala bilməz – Peskov

Moskva BMT Beynəlxalq məhkəməsinin Ukraynada hərbi
əməliyyatların dərhal dayandırılması bağlı qərarını diqqətə ala
bilməz.

Trend-in
məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov deyib.

“Beynəlxalq məhkəmənin tərəflərin razılığı kimi bir anlayışı
mövcuddur. Bu məsələdə isə heç bir razılıq ola bilməz. Bu məqamda
biz həmin qərarı diqqətə ala bilmərik”, – D.Peskov vurğulayıb.

Qeyd edək ki, BMT Beynəlxalq məhkəməsi Rusiyanın Ukraynada hərbi
əməliyyatların dərhal dayandırması ilə bağlı qərar verib.

(Tərcümə: Orxan Nəbiyev)