Rusiya bizi qırsa… – Zelenski ABŞ-a çağırış etdi

Rusiya bizi qırsa… – Zelenski ABŞ-a çağırış etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresini Ukraynaya hərbi yardımı davam etdirməyə çağırıb. O, qərara mane olan qanunvericilərə bildirib ki, əks halda Rusiyanın NATO ölkəsinə hücum riski yüksəkdir və bu, Amerika əsgərlərini də müharibəyə cəlb edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Rusiya hamımızı öldürsə, NATO ölkələrinə hücum edəcək və siz oğullarınızı, qızlarınızı müharibəyə göndərəcəksiniz. Bağışlayın, amma qiymət daha yüksək olacaq”, – o bildirib.

Zelenski, eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfindən işğal olunmuş əraziləri azad etmək səylərinin dalana dirənməsi ilə bağlı fikirləri rədd edib.

Teqlər: