Rusiya bir partlayışla silkələndi: necə baş verdi və nəticələri…

Rusiya bir partlayışla silkələndi: necə baş verdi və nəticələri…

19 km-lik uzunluğu ilə Rusiyada ən böyük körpü sayılan Krım körpüsündə baş verən partlayış və nəticələri ümumiləşdirilib.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Beləliklə:

– Partlayış 8 oktyabr səhər 6 radələrində qeydə alınıb. Körpünün avtomobillər üçün olan hissəsində yük maşını partlayıb və yaxınlıqdakı dəmiryol körpüsünü vurub: körpüdən keçən və yanacaq daşıyan qatarın 7 vaqonu alışıb və partlayıb.

– Partlayış nəticəsində körpünün avtomobil yolu hissəsinin iki parçası dağılıb, bir hissə suya düşüb, dəmiryol da zədələnib.

– Qatarın digər vaqonları artıq Kerç stansiyasına aparılıb.

– İlkin məlumata görə, zərərçəkən yoxdur.

– Körpüdə avtomobil və qatarların hərəkəti məhdudlaşdırılıb. Amma gəmi əlaqəsi davam edir.

– Krıma bütün gediş-gəlişlər ləğv edilib, bilet satışı dayandırlıb. Sərnişinlərə heç bir məhdudiyyət olmadan biletlərini geri qaytarmaqla bağlı xəbərdarlıq göndərilib.

– Krımla dəmiryol əlaqəsi də dayandırılıb.

– Körpünün nə zaman təmir ediləcəyi bilinmir. Bu, yanğın və zərərin miqyası qiymətləndirildikdən sonra elan ediləcək.

– Krım rəhbərliyi yanacaq daşınmasının kəsilməsinin ciddi fəsad törətməyəcəyini açıqlayıb. Bildirilib ki, fövqəladə vəziyyət üçün əvvəlcədən ehtiyat toplanıb.

– Krımın ərzaq ehtiyatı 55 günə çatacaq. Yəni daşımalar olmasa belə, Krımda çətinlik yaşanmayacaq. Buna baxmayaraq, ərzaq məhsullarının satışına məhdudiyyət qoyulub – birdəfəyə 3 kq-dan artıq ərzaq almaq olmaz.

– Benzin və digər yanacaq üçün Krımda ehtiyat 15 günə çatacaq. Əgər 15 gün ərzində körpü təmir edilməsə, ciddi problem ola bilər.

– Sevastopolda artıq benzin və ərzaq satışı məhdudlaşdırılıb.

– Krımda istirahətini tamamlamış turistlərin tətil müddəti yol açılana qədər dövlət hesabına artırılıb.

– Faktla bağlı cinayət işi açılıb, Rusiya Baş prokuroru Aleksandr Bastırkin istintaqa şəxsən nəzarət edir.

– Həmçinin Putinin tapşırığı ilə insidentlə bağlı hökumət komissiyası yaradılıb. Komissiyaya Krasnodar və Krım rəhbərliyi, Rosqvardiya, FTX və DİN rəsmiləri daxildir.

– Hadisə yerinə Moskvadan xüsusi kriminalistlər yollanıb.

– Rusiya artıq bunun terror aktı olması versiyasını (XİN) səsləndirib, Ukraynada bunun Təhlükəsizlik Xidmətinin əməliyyatı olduğu haqda qeyri-rəsmi məlumat yayılıb. Hələlik, rəqmi təsdiq yoxdur.

Teqlər: