Rusiya bir həftədə Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirdi

Rusiya bir həftədə Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirdi

Bu həftə ərzində Rusiya hərbçiləri 12 yaşayış məntəqəsini nəzarətə götürüb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bir həftə ərzində “Mərkəz” qüvvələri qrupunun bölmələri düşmən müdafiəsinin dərinliklərinə doğru irəliləyərək Donetskin Selidovo, Qornyak, Çukurino, Leonidovka və İzmailovka yaşayış məntəqələrini ələ keçiriblər. Və bu həftə “Şərq” qoşun qrupları Dobrovolye, Novoukrainka, Şaxtyorsk və Yasnaya Polyana yaşayış məntəqələrini tutublar. “Qərb” qüvvələri qrupunun bölmələrinin hərbi qulluqçuları Xarkov vilayətinin Kruqlyakovka kəndini, “Cənub” qoşunlar qrupunun bölmələri Aleksandropol və Katerinovkaya nəzarəti ələ keçirib”, – məlumatda deyilib.

Teqlər: