Rusiya dekabrın 5-də Ukraynaya ümumilikdə 400-500 milyon dollarlıq raket atıb.
AzerTimes xəbər verir ki, məlumatı “Forbes” yayıb.
Bildirilib ki, bunlar qiyməti 13 milyon dollar olan 38 “X-101” qanadlı raketi, 4 milyon dollarlıq “X-555”, 6,5 milyon dollarlıq 22 qanadlı “Kalibr”, bir milyon dollarlıq 3 qanadlı “X-22”, 0,5 milyon dollar dəyərində 6 “X-59” qanadlı raket, 0,5 milyon dollar dəyərində “X-31P” qanadlı aviasiya raketidir.