Ukrayna hərbi kəşfiyyatının məlumatlarına görə, Rusiya qoşunlarının Belarus ərazisindən hücum ehtimalı yaxın həftələrdə aşağı olaraq qalır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib.
“Bu gün Ukrayna hərbi kəşfiyyatı Belarus ərazisində zərbə qrupunun yaradılması əlamətlərini müşahidə etmir”, – deyə o bildirib.