Rusiya bazalarının vurulması… – Britaniya

Rusiya bazalarının vurulması… – Britaniya

Ryazan və Engels yaxınlığındakı Rusiya aerodromlarında baş verən partlayışlar Ukraynanın işğalından sonra Rusiya müdafiəsinin ən ciddi uğursuzluqlarından biri kimi qiymətləndirilə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Britaniya kəşfiyyatının məlumatına görə, Engels Rusiyanın qərbində Rusiyanın uzaqmənzilli aviasiyasının əsas əməliyyat bazasıdır. Orada 30-dan çox ağır bombardmançı yerləşir. Bu təyyarələr tez-tez Ukraynaya qanadlı raketlərin buraxılması üçün istifadə olunub.

“Uzaq mənzilli aviasiya bombardmançı təyyarələri müvəqqəti olaraq bu aerodromlara yerləşdirməklə cavab verəcək. Rusiya komandanlığı isə insidentin baş verməsinə görə məsuliyyət daşıyan zabitlərə qarşı sərt tədbirlər görəcək”, – nazirlik bildirib.

Teqlər: