Aprelin 2-si, saat 23:00-dan etibarən Baxmut administrasiyasının binası üzərində Rusiya və “Vaqner”in bayrağı dalğalanır. Bu yaxşıdır. Rusiya nöqteyi-nəzərindən Baxmut uğrunda döyüşlərin əsas məqsədi şəhərin özünü ələ keçirmək deyil, Ukrayna Silahlı Qüvvələrinin hərbi resurslarını, onların hərbi texnikasını və işçi qüvvəsini maksimum dərəcədə məhv etmək üçün şəhər uğrunda döyüşlərdən istifadə etməkdir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Yəni Baxmut Ukrayna Silahlı Qüvvələri üçün tələ kimi işləyir. Ona görə də Baxmut uğrunda döyüşlərin effektivliyi onun azad edilmə sürətində deyil, Ukrayna Silahlı Qüvvələrinin Baxmutda məhv edilmiş külli miqdarda hərbi resurslarındadır”, – o bildirib.