Rusiya Baxmut bölgəsində təşəbbüsü itirir

Rusiya Baxmut bölgəsində təşəbbüsü itirir

Ukraynanın əks-hücumlarının məhdud sayına baxmayaraq, rus qoşunları Baxmut bölgəsində təşəbbüsü itirirlər.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiya və Ukrayna rəsmiləri mayın 17-də Baxmut yaxınlığında Kiyevin məhdud əks-hücumlarının davam etdiyini etiraf ediblər. Xüsusilə, Ukrayna müdafiə qoşunlarının Baxmutun cinahlarında naməlum istiqamətlərdə irəlilədiyi bildirilib. Son sutka ərzində müdafiəçilər Baxmut istiqamətində 500 metrə qədər irəliləyib. Eyni zamanda, onlar rusların mövqelərinə hücumları davam etdirirlər”, – məlumatda deyilir.

Rusiya rəsmiləri də qeyd ediblər ki, onların hava-desant qoşunları da az irəliləyiş əldə edib:

“Lakin Boqdanovka (Baxmutdan 5 km şimal-qərb) və İvanovskoye (Baxmutdan 6 km qərb) yaxınlığındakı Baxmut cinahlarına Ukraynanın əks-hücumları davam edir. “Vqaner”in rəhbəri Yevgeni Priqojin isə Rusiya Müdafiə Nazirliyinin irəliləməsi iddiasını rədd edərək, onları geri çəkilməkdə və yeni mövqe itirməkdə tənqid edib”.

Teqlər: