Artıq Rusiya keçmiş olur. Ermənistanda “Moskva”, “Kreml” qışqıranlar azalıb. Hamı anlayır ki, Rusiya çökür və özü ilə birlikdə Belarusu və Ermənistanı da batıracaq.
AzerTimes xəbər verir ki, bu fikirlərlə tanınmış erməni siyasi analitik Samvel Aqanesyan “Pressinq” verilişinin efiri zamanı deyib.
“Bir müddət sonra Rusiya özü Ermənistandan ordusunu çıxaracaq. 102-ci baza da gedəcək, sərhədlərimizi qoruyan silahlı qüvvələri də. Bəs sual yaranır, ruslar getsə, Ermənistanın sərhədlərini kim qoruyacaq? Əslində guya rus ordusu bizim sərhədləri qoruyurdu ki? Onların işi pakistanlı sərhəd pozucularını tutmaqdan ibarət idi, vəssalam. Bizim artıq yeni imkanlarımız var – Hindistan və yaxud İran. İnanın mənə ki, İrəvan sorğu göndərsə, Tehran Ermənistan sərhədlərini qorumağa razı olar, çünki bu, onların da planlarına uyğun olacaq”, – deyə o qeyd edib.