Rusiya baş naziri İrandan Ermənistana gələcək

Rusiya baş naziri İrandan Ermənistana gələcək

Rusiyanın Baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, baş nazir Avrasiya Hökumətlərarası Şurasının 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

Qeyd edək ki, Mişustin sabah İrana səfər edəcək.

Teqlər: