Rusiya Baş naziri Mixail Mişustin Çinə səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi məlumatında deyilir.
Bildirilib ki, ikigünlük səfər Şanxaydan başlayacaq. Burada baş nazirin Rusiya-Çin biznes forumunda çıxışı gözlənilir.
Növbəti gün isə Mişustin Pekində Çin dövlətinin sədri Si Szinpin və Dövlət Şurasının baş naziri Li Çyanla görüşlər keçirəcək.