Rusiya Barensdə təlimlərə başladı

Rusiya Barensdə təlimlərə başladı

Rusiya Barens dənizində sualtı qayıqlarla mübarizə ilə bağlı taktiki təlimlərə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Şimal Donanmasının mətbuat xidməti məlumat yayıb.

“Şimal Donanmasının “Junqa” və “Brest” kiçik sualtı əleyhinə gəmiləri gəmi axtarışı və zərbə qrupunun tərkibində planlaşdırılmış döyüş hazırlığı fəaliyyətlərini hazırlamaq üçün Barents dənizinə daxil olub. Qrup saxta düşmən sualtı qayığını axtarmaq və məhv etmək üçün sınaq-taktiki təlim keçirməyə başlayıb”, – məlumatda deyilir.

Təlimlər bir neçə mərhələdə keçiriləcək, sualtı qayıqlara qarşı aviasiya və hava hücumundan müdafiə qüvvələri də iştirak edəcək.

Teqlər: