Azərbaycan Mərkəzi Bankı (AMB) Ukraynadakı müharibə nəticəsində
Rusiya banklarının SWIFT-dən ayrılmasının Azərbaycanın bank
sektoruna təsirini öyrənir.
AzerTimes-ın məlumatına görə, bunu mətbuat konfransında AMB-nin baş
direktoru Fərid Osmanov deyib.
“Bu araşdırma həm yerli qurumlar, həm də beynəlxalq komissiyalar
səviyyəsində aparılır. Hazırda hesablaşma əməliyyatları ilə bağlı
heç bir problem yoxdur”, – F.Osmanov bildirib.