Bir sıra Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən
ayrılması Rusiya ilə Türkiyə arasında milli valyutalarda ticarətin
inkişafına xidmət edə bilər.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə İxracatçılar Birliyi
bildirib.
Qeyd olunub ki, Rusiyaya qarşı tətbiq olunan sanksiya və
məhdudiyyətlərə baxmayaraq, fevral ayında Türkiyə lirəsi ilə ixrac
təxminən 100 faiz artıb.
Eyni zamanda, Türkiyə İxracatçılar Birliyi bildirib ki, SWIFT
sistemindən ayrılma Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya
tədarükünə təsir etməyəcək.
Rusiya və Türkiyə arasında milli valyutalarda hesablaşmalar
barədə saziş 2019-cu ilin oktyabrında imzalanıb.
(Tərcümə: Orxan Nəbiyev)