Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiya Bankı uçot dərəcəsini 8,5 faizədək artırıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Bankının Direktorlar Şurasının qərarında deyilir.
Qeyd olunur ki, uçot dərəcəsi son göstərici ilə müqayisədə 1 faiz artırılıb.
Bu, 2017-ci ilin payızından etibarən ən yüksək göstərici olub.
Eyni zamanda, Rusiyada illik inflyasiyanın 8,1 faiz təşkil etdiyi bildirilib.