Rusiya Azərbaycanın üç ən böyük iqtisadi tərəfdaşından biridir.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
“Bu ilin yanvar-iyun ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsi 1,67 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% çoxdur. Rusiyanın əsas ixracatına ərzaq, maşın, avadanlıq, ağac və metal məhsulları daxildir”, – Qonçar bildirib.