Rusiya qoşunlarını köçürmək üçün Xerson yaxınlığında üzən körpü tikir.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında deyilib.
“Həftə sonu Rusiya Dnepr üzərində, zədələnmiş Antonovski körpüsünün yanında nəhəng üzən körpü tikmək üçün barjaları köçürməyə başlayıb. Lakin bu körpü Ukryana ordusunun hücumlarına qarşı çox həssas olacaq”, – hesabatda qeyd olunub.
Qeyd edək ki, Ukrayna ordusu dəfələrlə Antonovski və Kaxovka körpülərinə zərbələr endirib.