Rusiya Azərbaycanla Ermənistanın sülh sazişinin tərtib
olunmasına başlamağa hazır olmalarını alqışlayır.
Trend-in
məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi
nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Biz danışıqlar prosesinə hərtərəfli yardım göstərməyə hazır
olduğumuzu təsdiq edirik. Sülh sazişinin tamamlanması və
imzalanması müddətlərinə gəldikdə, hesab edirəm ki, bu barədə
danışmaq hələ tezdir”, – M.Zaxarova deyib.
(Tərcümə: Orxan Nəbiyev)