Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində maraqlıdır – Dmitri Solonnikov

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində maraqlıdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın Müasir Dövlətçilik İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov bu gün Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində rusiyalı deputat və ekspertlərin gənclərlə görüşü və dəyirmi masa zamanı deyib.

O bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin tənzimlənməsi üçün çoxlu səy göstərir:

“Bundan başqa, Cənubi Qafqazda kommunikasiyaların açılmasına xüsusi diqqət ayrılır. Bu məsələdə biz Azərbaycan və Rusiyadan başqa digər ölkələrin də marağını görürük. Bu məsələyə Türkiyə, İran və bir sıra digər ölkələr maraq göstərir”, – deyə D.Solonnikov qeyd edib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan enerji sahəsində strateji əməkdaşlıq qurub.

“Bu istiqamətdə ölkələrimiz bir çox ortaq nöqtəyə malikdir və mən ümid edirəm ki, gələcəkdə bu münasibətlər daha daha möhkəmlənəcək”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: