Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT)
müşahidəçi qismində daxil olmasını dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Rusiyanın
Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında
deyib.
“Azərbaycan beynəlxalq arenada böyük nüfuza malikdir, bu nüfuz
artmaqdadır və ŞƏT-ə qoşulma bu tendesiyaya uyğun olardı”, –
M.Boçarnikov deyib.
Səfir qeyd edib ki, Azərbaycan və Rusiyanın ŞƏT-də birgə
iştirakı ölkələr arasında ticari-iqtisadi və mədəni sahələrdə
əməkdaşlığı gücləndirməyə imkan verəcək.
(Tərcümə: Orxan Nəbiyev)