Rusiya Azərbaycanın regionda vəziyyətin normallaşması ilə bağlı mövqeyini yüksək qiymətləndirir – Səfir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiya Azərbaycanın regionda vəziyyətin normallaşması ilə bağlı mövqeyini yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Ötən il bizi sevindirən məqamlar sırasında kommunikasiyaların açılması üçün Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinləri səviyyəsində üçtərəfli işçiq qrupunun yaradılması olub. Bu format özünü səmərəli göstərdi, danışıqlar peşəkar səviyyədə davam edir. Rusiya regionda vəziyyətin normallaşması üzrə Azərbaycanın mövqeyini yüksək qiymətləndirir. Bu, regionun bütün ölkələri üçün faydalıdır. Azərbaycan Prezidenti dəfələrlə bunun xeyrinə danışıb və biz bu fikri dəstəkləyirik. Bu prosesə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Soçi görüşündə təkan verdi. Üçtərəfli qrup gələcəkdə də işini davam etdirəcək”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: