Rusiyaya kartof idxalını Azərbaycan, Misir, Çin və Pakistandan tədarük hesabına artırmaq olar.
AzerTimes xəbər verir ki, bunu TASS-a “Rusprodsoyuz” Assosiasiyası İdarə Heyətinin sədr müavini Dmitri Leonov deyib.
Onun sözlərinə görə, 2024-cü ilin yanvar-aprel aylarında Rusiyaya kartof idxalı 56,9 min ton təşkil edib.
“Məhsulun azalması ilə əlaqədar çatışmayan həcmlər bu ölkələrdən kartofun tədarükü hesabına ödənilə bilər”, – Leonov qeyd edib.