Rusiya Azərbaycan pomidor və almasının idxalına qadağa qoydu

Rusiya Azərbaycan pomidor və almasının idxalına qadağa qoydu

Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan məhsullarında zərərvericilərin aşkar edilməsi ilə əlaqədar onların idxalını dekabrın 10-dan qadağan edib.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pozuntular barədə dəfələrlə məlumatlandırılıb.

Oktyabrın 22-dən indiydək 17 belə hal qeydə alınıb. Alma və pomidorda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdunun aşkarlanmışdır.

“Bununla əlaqədar olaraq, fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisinə həmin zərərvericilərin idxalının və yayılmasının qarşısının alınması məqsədi ilə “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və almaların gətirilməsini qadağan etməyə məcburdur”, – “Rosselxoznadzor” bəyan edib. Qadağa müvəqqəti xarakter daşıyır.