Rusiya Tatarıstanda yerləşən Alabuqa Azad İqtisadi Zonasında yeni pilotsuz uçuş aparatı (PUA) zavodu tikir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin “SavunmaSanayiST” portalı məlumat yayıb.
Zavodda ildə 5 mindən çox “Şahid-136” tipli kamikadze PUA istehsalı planlaşdırılır.
Qeyd edilib ki, hazırda İran istehsalı olan “Şahid-136” Rusiya tərəfindən Ukrayna ilə müharibədə aktiv şəkildə istifadə olunur.