Rusiya avtobus dayanacağını vurdu: 8 ölü

Rusiya avtobus dayanacağını vurdu: 8 ölü

Rus ordusu Donetsk vilayətinin Toretsk şəhərində ictimai nəqliyyat dayanacağını atəşə tutub, nəticədə 8 nəfər ölüb, 3-ü uşaq olmaqla 4 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavlo Kırilenko deyib.

“8 ölü, 4 yaralı – bu, rusların bu gün saat 11 radələrində Toretsk şəhərini atəşə tutmasının nəticələridir. Dörd yaralı arasında üç uşaq da var. Məlumata görə, artilleriyadan atəş açılıb. Onlar həmin vaxt insanların sıx olduğu ictimai nəqliyyat dayanacağını vurublar”, – o bildirib.

Teqlər: