Gələn il Rusiyada ilk “İnterviziya”un keçirilməsi planlaşdırılır, tərəfdaşlarla birlikdə qaydalar müəyyən ediləcək.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin deyib.
“Müsabiqə mənəvi dəyərlərimizi bölüşən, qarşılıqlı hörmət və bərabərhüquqlu dialoqa hazır olan bütün dövlətlərin iştirakı üçün açıq ola bilər. İlk belə tədbirin gələn il Rusiyada keçirilməsi planlaşdırılır. Tərəfdaş ölkələrlə birlikdə yaradıcılıq müsabiqəsinin qaydaları müəyyən ediləcək. Biz daimi təşkilat komitəsi yaradacağıq və milli münsiflər heyətinin nümayəndələrini seçəcəyik”, – o bildirib.
Qeyd edək ki, “İnterviziya” “Avroviziya”ya alternativ kimi təqdim edilir.