Rusiyanın Birinci kanalı və Ümumrusiya Dövlət Televiziya və Radioyayım Şirkətinin “Avroviziya” beynəlxalq musiqi müsabiqəsini yayımlamaqdan imtina edib.
Qərar Ukrayna hakimiyyətinin bu ölkədə Rusiyanı “Avroviziya 2017” yarışmasında təmsil edəcək Yuliya Samoylovanın ölkəyə daxil olmasına qoyduğu qadağadan sonra verilib.
Müğənni isə vəziyyəti bu cür izah edib: “Baş verənləri kənardan müşahidə edəndə gülməli görünür. Mən anlamıram, onlar məndə, kiçicik bir qızda hansısa bir təhlükə görüblər. Ümumən, mən dilxor olmuram. Nəyə görəsə düşünürəm ki, hər şey hələ dəyişəcək“.