Rusiya ABŞ-ı ötərək, AB-yə qaz tədarükçüsü kimi mövqeyini möhkəmləndirə bildi.
AzerTimes xəbər verir ki, bu barədə Brüsseldə yerləşən “Bruegel” konsaltinq şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, apreldən iyunadək olan rübdə AB Rusiyadan 12,7 milyard kubmetr, ABŞ-dan isə 12,3 milyard kubmetr qaz alıb. Eyni zamanda, 2024-cü ilin birinci rübü ilə müqayisədə Rusiyadan tədarük bir qədər, ABŞ-dan isə daha kəskin azalıb.