Rusiya Avropa regionu üçün əsas təhlükə mənbəyidir və o, indi öz imkanlarını artırır.
AzerTimes xəbər verir ki, bunu NATO-nun şimal-şərqdəki çoxmillətli korpusunun komandiri, general-leytenant Yurgen-Yoahim fon Sandrart deyib.
Onun sözlərinə görə, Ukraynanın məhvinə çalışmasına baxmayaraq, Rusiya artıq NATO ilə, ilk növbədə Baltik dənizi regionunda qarşıdurmaya yönəlmiş hərbi-iqtisadi potensialını bərpa etməyə başlayıb.
“Ancaq bundan hansı nəticələr çıxaracağımız vacibdir. Yalnız PUA-lar və hava hücumundan müdafiə vasitələri almaqla özünüzü Rusiyadan qoruya biləcəyinizə inanmaq düzgün deyil. Birləşmiş quru, dəniz, hava, kiberaktivlər və imkanlar və s. hələ də döyüş meydanının açarıdır”, – deyə general bildirib.