Rusiya aviaşirkətləri Türkiyədə “gizlənə” bilər

Rusiya aviaşirkətləri Türkiyədə “gizlənə” bilər

Rusiya aviaşirkətləri sanksiyalara görə Türkiyədə “gizlənə” bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat dərc edib.

“Belə bir qərar onlara qoyulan qadağalardan yan keçməyə və təyyarələrə xidmət göstərməyə imkan verəcək”, – məlumatda vurğulanıb.

Qeyd olunur ki, “Pegas Touristik” və “Anex Tourism Group” Türkiyəyə köçmək imkanını nəzərdən keçirir. Bundan əlavə, aviaşirkətlərin nümayəndələri təyyarələrin lizinqinə dair danışıqlar aparmağa çalışırlar.

“Anex” ilə işləyən “Azur Air” və “Nordwind” Rusiyada olsa da, türk iş adamları tərəfindən idarə olunur. Bu baxımdan “Anex” Antalyada məskunlaşa bilər. “Dubai Aerospace Enterprise”, “Aviation Capital Group”, “AerCap Holdings” və “Boeing Capital Corp” ilə isə danışıqlar davam edir.

Teqlər: