Rusiyanın 27 ən böyük sərnişin aviaşirkətinin 2022-ci ildə xalis gəliri 87,8 milyard rubl təşkil edib. Bu da 2021-ci illə müqayisədə 2,8 dəfə çoxdur.
AzerTimes xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.
“Bu məbləğin yarıdan çoxu (47,8 milyard rubl) ölkənin iki ən böyük özəl aviadaşıyıcısının – “S7 Airlines” (34.4 milyard rubl) və “Ural Airlines”ın (13.5 milyard rubl) payına düşüb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Rusiyanın ən böyük aviaşirkəti olan “Aeroflot” və onun törəmə şirkəti “Rusiya” 2021-ci ilin sonundan bəri maliyyə göstəricilərini açıqlamayıb.