Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:
Rusiyanın bir neçə aviaşirkəti Azərbaycana müntəzəm aviareyslərin keçirilməsi üçün icazələr alıb.
Trend bu barədə Rusiyanın Federal Hava Nəqliyyat Agentliyinə istinadən məlumat verir.
Belə ki, verilən icazələrə əsasən “Red Wings” şirkəti həftədə iki dəfə Moskvanın Jukovski hava limanından Bakıya, “Azimut” şirkəti həftədə üç dəfə Mineralnıye Vodı-Bakı və Mahaçqala-Bakı marşrutu ilə reyslər keçirmək üçün icazə alıb.
“Uralskie avialinii” şirkəti həftədə üç dəfə Rostov-Bakı, Novosibirsk-Bakı, Perm-Bakı, Krasnoyarsk-Bakı, Kalininqrad-Bakı, Nijni Novqorod-Bakı, Həştərxan-Bakı və Ufa-Bakı marşrutu üzrə uçuşlar keçirəcək.
Bundan başqa, “Severnıy veter” aviaşirkəti həftədə iki dəfə Mineralnıye Vodı-Bakı və Mahaçqala-Bakı marşrutu ilə reyslər keçirə biləcək.
Eyni zamanda “Azur Eyr” aviaşirkətinin Ufa-Bakı, Rostov-Bakı və Samara-Bakı marşrutları üzrə uçuş icazələri geri çağırılıb.