Rusiyanın “Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə
uçuşları bərpa edib.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava limanından
bildiriblər.
Qeyd olunur ki, mayın 30-dək reyslər həftədə üç dəfə, bazar
ertəsi, çərşənbə axşamı və cümə günlər həyata keçiriləcək.
“Çərşənbə və bazar günləri bu reyslər Mineralnıe Vodı hava
limanında eniş etməklə həyata keçiriləcək”, – hava limanından
bildiriblər.
Cədvələ əsasən, təyyarə Bakıda saat 03:20-də eniş edəcək, saat
03:50-də isə yola düşəcək.
xxx
11:27
Rusiyanın “Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə
reysi təxirə salıb.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından
bildiriblər.
Mənbənin məlumatına görə, təyyarə Bakıda mayın 11-də saat
03:20-də eniş etməli idi.
“Daşıyıcı Rusiya aviaşirkəti olduğu üçün reysin təxirə
salınmasının səbəbi məlum deyil”, – hava limanından
bildiriblər.
Qeyd edək ki, “Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə
uçuşları mayın 9-dan bərpa etmişdi.
(Tərcümə: Orxan Nəbiyev)